SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Cavid Qurbanov Kəlbəcərin icra başçısını danlayıb

Cavid Qurbanov Kəlbəcərin icra başçısını danlayıb

Tarix:

1-07-2019, 20:22

/ 2 133 dəfə oxundu.
Cavid Qurbanov Kəlbəcərin icra başçısını danlayıb

Ötən gün icra baçısı Aqil Məmmədov “Azərbaycan Dəmir Yolları”nda görünüb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisinin deputatı Cavid Qurbanovla Kəlbəcərin icra başçısı arasında mübahisə yaranıb.

Buna səbəb bir müddət əvvəl icra başçısı Aqil Məmmədovun özünə “Mercedes-Benz” “S350” model xidməti avtomobil alması ilə bağlı tender elanı verməsi və mətbuatın bundan yazması olub.

Ötən gün icra baçısı Aqil Məmmədov “Azərbaycan Dəmir Yolları”nda görünüb. O, qurumun sədri və Kəlbəcərin deputatı Cavid Qurbanovla görüşüb. Əldə etdiyimiz məlumatda deyilir ki, Cavid Qurbanov əmisi oğlu Aqil Məmmədovu qapıda soyuq qarışlayıb. Daha sonra A.Məmmədovla birlikdə şəxsi kabinetinə girən C.Qurbanovun səsi yüksəkdən gəlib.
A.Məmmədovu danlayan C.Qurbanov ondan dərhal tenderlə bağlı elanların dayandırılmasını və mətbuata normal açıqlama verməsini tələb edib.

Müavin üçün 55 minlik xidməti maşın?

Aqil Məmmədov Cavid Qurbanovla görüşdən sonra unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb: “2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayrıldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan “Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”.
Aqil Məmmədov vurğulayıb ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salınıb: “Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Olunan avtomobillərində qiyməti çox bahadır. Ona görə, “Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.

İcra başçısının açıqlaması ilə bağlı bəzi məlumatları öyrənmişik. Belə ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin avtomobil parkı üçün 2 yeni avtomobilin alınması üçün dövlət büdcəsindən 55 min manat ayrılıb.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ