SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "SNAYPERÇİLƏRİMİZ PAŞİNYANI VURSUN!" - YAP-çı deputatdan parlamentdə şok çağırış

"SNAYPERÇİLƏRİMİZ PAŞİNYANI VURSUN!" - YAP-çı deputatdan parlamentdə şok çağırış

Tarix:

31-05-2019, 14:20

/ 1 112 dəfə oxundu.
"SNAYPERÇİLƏRİMİZ PAŞİNYANI VURSUN!" - YAP-çı deputatdan parlamentdə şok çağırış

"Əsgərlərə əmr vermək hüququm yoxdur. Mən snayperlərdən xahiş edirəm, Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vursunlar”.

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib.

"Ermənistanın müdafiə naziri cəbhə bölgəsinə gələrsə, onu da vursunlar. Qoy zabitimizin qanı yerdə qalmasın. Ermənistan üçün bu, dərs olmalıdır. Ermənistan bilsin ki, Azərbaycan xalqı səbri tükənməz deyil. Ermənistan işğala, təxribata son qoymalıdır”, - deputat əlavə edib.

Şərhlər

XƏBƏR LENTİ