SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident oliqarxlarla vidalaşır: Avropa biznesi hansı məmurları bitirir?- Adlar

Prezident oliqarxlarla vidalaşır: Avropa biznesi hansı məmurları bitirir?- Adlar

Tarix:

11-02-2019, 00:37

/ 1 863 dəfə oxundu.
Prezident oliqarxlarla vidalaşır: Avropa biznesi hansı məmurları bitirir?- Adlar

Son dövrlərdə bəzi məmurların övladlarının Avropadakı biznesi, əmlaklarının siyahısı üzə çıxır. Bu məlumatlar həm də onların “vurulması” üçün bir zəmin yaratmaqdadır.

Cahan.info-nun analitik şöbəsinin xəbərinə görə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədri Əhnməd Əhmədzadənin, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Avropada yeni biznes və əmlakları açıqlanır.

Eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş sədri Rüfət Aslanlının, keçmiş ekologiya naziri Hüseynqulu Bağırovun övladının Britaniyada, Avstriyada, Almaniyada biznes imperiyaları üzə çıxmaqdadır.

Həmçinin, işdən çıxarılan icra başçılarının, komitə sədrlərinin xaricdəki biznesi tirajlanmaqdadır.

Onların varidatının üzə çıxması həm əllərindəki kapitalın geri alınmasına, həm də vəzifədə olanların postundan uzaqlaşdırılmasına hesabanmış siyasətdir.

Xalqdan oğurladıqları pullara xaricdə əmlak və şirkətlər alan həmin məmurların artıq sonu çatıb, prezident gəncləri irəli çəkir, islahatlar aparır.

Bu baxımdan Əhmədzadə kimi məmurların artıq son akkordlarını vurduğu müşahidə edilir. Prezident qoca məmurlarla vidalaşır.

Anaxeber.info saytı bu mövzuda yazıb ki, bu ölkədə bir şəhid övladı yoxdur ki, Avropada təhsil alsın.

Məqalədən sitat: “Bu ölkənin bir köçkünü yoxdur ki, özünə malikanə ucaltsın. Bu ölkədə bir Qarabağ əlili görməzsiniz ki, Qərb dövlətlərində şirkət qursun.

Amma siz zülmətə qərq olmuş, sərvətlərlə dolu məmləkətdə zirzəmilərdə məşəqqət içində yaşayan, nəmiş, soyuq divarlar içində ümidsiz sabahını gözləyən minlərlə həmvətən görə bilərsiniz.

Siz torpağı əlindən alınan qazi, təhsil haqqını ödəmək üçün böyrəyini satan tələbə, uşağını təcili əməliyyat etdirmək üçün nişan üzüyünü satan valideyn görə bilərsiniz.

Siz onu da görə bilərsiniz ki, hava haqqında məlumat verən keçmiş nazir Hüseynqulu Bağırovdan tutmuş, əkin sahələrini suvaran Əhməd Əhmədzadəyə, yol idarəsi müdirliyindən Qubanın icra başçısı vəzifəsinə qədər irəliləyən Ziyəddin Əliyevə qədər hər biri övladına Böyük Britaniyada, Avstriyada, Çexiyada mal-mülklər, şirkətlər qurublar, biznes imperiyası sahibi olublar.

Görəsən, bu ölkədə bir şəhid ailəsinin ya da Qarabağ qazisinin Qərb dövlətlərində niyə firması, hamamı, şəxsi bank hesabı yoxdur? Yoxdur, ola da bilməz”.

Ölkə yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkə prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişaf etdirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığa qayğı göstərilməsi istiqamətində əməli addımların atılması Azərbaycanın yeni iqtisadi inkişaf strategiyasının başlıca müddəalarıdır.

Bu tədbirlərlə yanaşı ölkədə digər proseslər də gedir: sahibkarlara süni əngəl törədənlərin, biznes mühitinin yaxşılaşdırılmasına qarşı fəallıq göstərənlərin sərt şəkildə cəzalandırılması prezidentin bəyan etdiyi prinsiplərə sadiqliyini, bu yoldan heç vəchlə dönməyəcəyini təsdiqləməkdədir.

Prezident Əliyev post-neft dövrünə hazırlıq mesajı verdiyi və qeyri-neft sektorunun inkişafının zəruriliyindən danışdığı, azad biznesin inkişafı ilə bağlı proqramını açıqladığı bir zamanda onun ölkə üçün taleyüklü olan inkişaf və islahatlar zərfini sabotaj edənlərin aqibəti isə bəllidir. Dövlət başçısı dəfələrlə bəyan etmişdi ki, daha səbr göstərməyəcək.

İri məmurlar “rüşvət və korrupsiya pəhrizi”nə keçib. Belə ki, onlar indi büdcədən oğurlamağa cürət etmir və bununla da onları gözləyən təhlükəni önləməyi düşünürlər.

Hazırda iri məmurların əksəriyyəti özlərini riskə ataraq büdcədən oğurlamaq, sahibkarları sıxışdırmaqla mənfəət əldə etməyə cürət etmir.

Əvəzində isə nəzarətlərində olan biznes strukturlarını genişləndirməklə özləri üçün təhlükəsiz qazanc mənbələrini artırmağı düşünürlər. Gözlənilən islahatlar “dalğasının” kimləri özü ilə aparacağını indidən proqnozlaşdırmaq, əlbəttə, çətindir.

Ancaq hakim komandanın tərkibinə, hakimiyyətdə son illər həyata keçirilən islahatların gedişinə, mahiyyətinə diqqət etməklə, eləcə də hökumət dəhlizlərində gəzən söhbətlərə əsaslanaraq, müəyyən ehtimallar irəli sürmək olar. Amma prezident son çıxışında da dedi ki, struktur köhnəlib, kadr islahatları davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ