SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ŞOK: ötən il 15 min ailə boşanıb, Hicran Hüseynova isə pulları sovurub – Araşdırma

ŞOK: ötən il 15 min ailə boşanıb, Hicran Hüseynova isə pulları sovurub – Araşdırma

Tarix:

24-02-2018, 15:58

/ 2 029 dəfə oxundu.
ŞOK: ötən il 15 min ailə boşanıb, Hicran Hüseynova isə pulları sovurub – Araşdırma

Ötən il Azərbaycanda 14,5 mindən çox boşanma halı qeydə alınıb
FİA.Az xəbər verir ki, 2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 62 923 nikah və 14 514 boşanma halı qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub. Ötən il 15 minə yaxın ailədə boşanma faktı dəhşətli statistikadır.
Bu fakt hələ rəsmi məlumatdır və səhih olmaya bilər. Yəni, 15 mindən çox boşanma istisna edilmir.
Ailələrdəki boşanmanın müxtəlif səbəbləri var: maliyyə, qısqanclıq, münasibətlərdə uyğunsuzluq, övlad olmaması, şəxsi münaqişələr, social problemlər, şəraitsizlik və s.
Ancaq bir il ərzində 15 min ailədə boşanma qeydə alınıbsa, ilk növbədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətsizliyini aktuallaşdırır.
Komitə sədri Hicran Hüseynova tez-tez regionlarda görüşlər keçirdiyini mediada tirajlayır.
AQUPDK-nın maarifləndirici tədbirlər həyata keçirdiyi, problemli ailələrə yardım etdiyi görüntüsü yaradılır.
Faktiki olaraq isə komitənin fəaliyyəti formaldır, imitasiyadır, kosmetik xarakter daşıyır. Bunun nəticəsidir ki, ötən il 15 min ailə boşanıb.
Deməli, H.Hüseynovanın komiəsi heç bir effektiv iş görməyib və müsbət nəticələrə nail olmayıb. Bunu statistika təsdiqləyir.
Belə olmasaydı, Azərbaycanda boşanmaların sayı azalan xətt üzrə inkişaf edərdi. Dövlət büdcəsindən hər il komitəyə böyük pullar ayrılır ki, lazımi tədbirlər görülsün.
Ailə dövlət institutudur və cəmiyyətin inkişafının mühüm tərkib hissədidir. Ona görə dövlətin sosial siyasətində bu məsələlər öz əksini tapıb və büdcədən maliyyə ayrılır.
Amma H.Hüseynovanın komitəsi ayrılan vəsaitləri müəmmalı və şübhəli şəkildə sərf edərək profil üzrə heç bir effektiv iş yerinə yetirməyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova regionlara səfər edir.
Amma bu kosmetik görüşlər və qəbul xatirinə təşkil olunan tədbirlər problemlərin həllinə zərrə qədər kömək etmir. Əksinə, komitənin yerlərdəki şöbələri və ona yaxın qurumlar fəaliyyətsizdir.
Bu günlərdə təqdim etdiyimiz komitənin Lənkərandakı Uşaqlara və Ailələrə Dəstək Mərkəzinin qapısına vurulan trafaretdən fəaliyyətin nə yerdə olduğu görünürdü.
Ölkə Prezidentinin Sərəncamı ilə 2007- ci ildə Şüvalan və Goranboy Mərkəzləri, 2010-cü ilin dekabrında daha 9 mərkəz yaradılıb.
Ancaq prezidentin sərəncamı ilə yaradılan mərkəzlərin təkcə birindən – Lənkərandan olan fakt göstərir ki, komitə sədri hansı şəkildə fəaliyyət göstərir.
Bu mərkəzlərə maliyyə ayrılır ki, ailələrə, gənclərə, uşaqlara dəstək göstərilsin. Ancaq H.Hüseynovanın komitəsi mərkəzləri ölüvay quruma çevirib.
Ümumən, Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin saxlanması büdcəyə ağır iqtisadi yükdür
Məlumata görə, komitənin ləğv olunaraq funksiyalarının ayrı-ayrı qeyri-hökumət təşkilatlarına verilməsi mümkündür.
Hicran Hüseynovanın sədri olduğu komitənin struktur islahatları nəticəsində ləğv edilməsi büdcə üçün kifayət qədər yüngülləşmə olardı.
Komitənin saxlanması izafi xərclərə səbəb olur. İqtisadçı ekspertlər də dəfələrlə AQUPDK-nin ləğvinin zərurliyi haqda təkliflər irəli sürüblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 fevral 2006-cı ildə yaradılıb. Bu komitəyə qədər də Azərbaycanda ailələr qurulub, boşanma halları da olub.
Komitənin yaradılmasında məqsəd ailə, qadın, uşaq problemlərilə məşğul olmaq, vəzifəsisə “dövlətin ailə siyasətini həyata keçirmək”dir.
Bu siyasətin necə həyata keçirildiyini Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləriylə göstərək.

Qabaqca Komitə yaranandan sonrakı dövrdə ölkə ərazisində boşanma sayı ilə bağlı rəqəmlərilə tanış olun:

2006-cı il – 7817
2007 – 8340
2008 – 7933
2009 – 7784
2010 – 9061
2011 – 10747
2012 – 11087
2013 – 11730
2014 – 12088
2015 – 12764
2016-cı ildə boşanma sayı 13 min 100 olub. Deməli, artır, azalmır…

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ