SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » SOCAR-ın "Qara Kassa"sı: Vitse-prezidentlərin prezidentlik İDDİASI

SOCAR-ın "Qara Kassa"sı: Vitse-prezidentlərin prezidentlik İDDİASI

Tarix:

9-02-2017, 23:13

/ 2 885 dəfə oxundu.
SOCAR-ın "Qara Kassa"sı: Vitse-prezidentlərin prezidentlik İDDİASI

Bir müddət əvvəl səhər saat 5 radələrində Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş verən qəzada daha 10 nəfər neftçinin taleyinə qaranlıq çökdü. Ötən il baş verən və 30-dan çox neftçinin öldüyü qəzanın bir ilin tamamından az keçməmiş daha 10 neftçi ailəsinə od düşdü. Və görünür, bu, elə belə də davam edəcək.

O vaxta qədər ki, SOCAR rəhbərliyində Mikayıl İsmayılov, Xalik Məmmədov, Vaqif Əliyev, Samir Kərimov, Əliheydər Süleymanov kimi kadrlar, daha doğrusu, adları mətbuatda əməli iş sahibləri kimi yox, hansısa qalmaqallı hadisələrdə çəkilən yüksək vəzifə zəbt edən məmurlar var.

Bəs görəsən, SOCAR-ın tabeliyində olan bütün bu platformalarda baş verən qəzaların məsuliyyətini kimlər daşıyır? Qəzalı olan və ölkədə ən kiçik hava hadisəsindən sonra uçub dağılan bu platformalarda işləyən neftçilərin həyatlarına kim cavabdehdir? SOCAR dövlətin iqtisadi lokomotivi olduğu halda, nədən bu qədər ailə gözüyaşlı qalır?

"Bir insanın ölümü faciə, milyonların ölümü statistikadır"

Bu ifadəni bilənlər bilir, bilməyənlərin nəzərinə çatdıraq ki, ifadə Stalinə məxsusdur. Amma Stalinin SOCAR-a aidiyyatı olmasa da, dediyi ifadənin bu qurumda işləyən vəzifə sahiblərinə aidiyyatı çoxdur. Bu şirkətdə çalışan və eləcə də dənizlərə qərq olan ötənilki və bu yaxınlarda baş vermiş hadisə qurbanlarının faciəsi ola bilsin ki, bu şəxslər üçün statistikadır, amma Xəzərdə batan və hələ də sağ qalıb-qalmamasından xəbər olmayan bu insanların ailələri üçün faciədir. Amma bu faciəni hamılıqla yaşasaq, nə dənizdə batan olar, nə də quruda SOCAR-dan giley-güzar edənlər...

Oxucuların marağını nəzərə alıb, SOCAR-da yüksək vəzifə sahiblərinin nə işlə məşğul olduqlarını incələməyə çalışacağıq.


Mikayıl İsmayılov "evlər kralı" imiş

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, 2013-cü ilin prezident seçkiləri zamanı prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu adını çəkmədiyi "evlər kralı" olan məmurdan bəhs edib. Prezidentliyə namizədlərin İTV-də 3 oktyabr 2013-cü il tarixdəki debatında ADP sədri ölkədə evsiz gənclərin problemindən danışarkən maraqlı bir məlumat açıqlayıb. O bildirib ki, ölkədə 10 minlərlə vətəndaş evsiz olduğu halda Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentlərindən birinin Bakıda 200-ə yaxın mənzili var. Və həmin vitse-prezident bu evlərin kirayəyə verilməsi ilə məşğul olan ayrıca bir idarə yaradıb, hər ay külli miqdarda pul yığır.

Sirr deyil ki, bəzi məmurlar qanunsuz yollarla əldə etdikləri böyük vəsaitlər hesabına ölkədə və xaricdə dəyərli daşınmaz əmlaklara sahib olublar. Bəzi məmurların saysız-hesabsız mənzilləri, villaları var. Bəziləri isə tikinti biznesi ilə məşğul olur, çirkli pullarla tikdirdikləri binalardakı mənzilləri baha qiymətə vətəndaşlara satıb kapitallarını "yuyur" və həm də artırırlar. Ancaq indiyədək Azəbaycanda hansısa nazirin, komitə, şirkət prezidentinin, eləcə də müavinlərinin kirayə biznesi ilə məşğul olması faktına rast gəlinməyib. Bu baxımdan ARDNŞ-in vitse-prezidentlərindən birinin bu sahədə fəaliyyətə başlaması həm də bu məqsədlə xüsusi idarə yaratması Azərbaycan üçün yenilik sayıla bilər. Azərbaycan vətəndaşlarının əksəriyyətinin mənzil əldə etmək imkanının olmadığını nəzərə alsaq, bu biznesin gəlirli və perspektivli olduğunu da söyləyə bilərik. Bu baxımdan ölkədə peşəkar şəkildə kirayə biznesi ilə məşğul olmağa başlayan ARDNŞ-in həmin vitse-prezidentini uzaqgörən şəxs hesab etmək olar. Qeyd edək ki, ARDNŞ-in hazırda 10 vitse-prezidenti var. Sərdar Cəlaloğlu ad çəkmədiyindən, onların 10-u da şübhə altına düşür. Ən azı ona görə ki, hər birinin 200 və daha artıq mənzil əldə etməyə imkan verən böyük maliyyə imkanları var. Ancaq sonradan məlum oldu ki, Sərdar Cəlaloğlunun "evlər kralı" adlandırdığı məmur Mikayıl İsmayılov imiş.

SOCAR-ı kim idarə edir- Rövnəq Abdullayev, yoxsa Mikayıl İsmayılov?

Vitse-prezidenti ARDNŞ-in əsas söz sahibinə çevirən amillər... Milyonlara sahib olan məmur bəzi yüksək nüfuzlu şəxslərin adından istifadə edir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılov artıq xeyli müddətdir ki, şirkətdə əsas söz sahiblərindən birinə çevrilib. Hətta zaman-zaman bəzi mətbuat vasitələrində şirkətin Rövnəq Abdullayev tərəfindən deyil, məhz Mikayıl İsmayılovun göstərişləri ilə idarə olunduğu vurğulanıb. Ümumiyyətlə, adıçəkilən məmurla bağlı bu günə kimi müxtəlif KİV-lərdə saysız-hesabsız tənqidlər səsləndirilib, onun sahibi olduğu geniş biznes şəbəkəsi haqda konkret faktlar ortalığa qoyulub. Amma ya zəlzələdən, ya da vəlvələdən ARDNŞ-də əsas söz sahibinə çevrilən, deyilənə görə, bir çox hallarda Rövnəq Abdullayevin belə tapşırıqlarına əhəmiyyət verməyən Mikayıl İsmayılova "gözün üstə qaşın var" deyən olmayıb.

ARDNŞ-in əsas söz sahibinə çevrilən məmuru hərbi xidmətdə olmayıb?

Məlumat üçün bildirək ki, İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olub, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib. Mikayıl İsmayılov əmək fəaliyyətinə Neft Daşlarında başlayıb. 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olub. M.İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir. Vitse-prezidentin "vikipediya"da yerləşdirilən tərcümeyi-halında hərbi xidmətdə olub-olmaması barədə heç bir məlumata rast gəlmədik. İllərin xronoloji ardıcıllığına diqqətlə nəzər salanda Mikayıl İsmayılovun hərbi xidmətdə olmadığı aydın olur.

SOCAR-ın "Qara kassası" - Əliheydər Süleymanov və ya Mikayıl İsmayılovun ağır artilleriyası
Daxil olan şıkayət məktubunda ARDNŞ-nin Auidit Departamentinin rəisi Əliheydər Süleymanov adlı SOCAR yetkilisindən bəhs olunur. Redaksiyaya şikayət edən şəxs bildirir ki, SOCAR şirkətində hamının bildiyi, lakin heş kimin tədbir görə bilmədiyi bir problem var. Mikayıl İsmayılova güvənən və SOCAR-da "QARA KASSA" deyilən bir qeyri-qanuni qurum yaranıb. Şikayət məktubunda göstərilir ki, kassanın "sahibi"nin - gözəgörünməz adamın kim olduğu bilinməsə də, ideyanın müəllifi bilinir... və hətta "Qara kassa"nın kassiri də bilinir- Əliheydər Süleymanov. SOCAR-da çalışanlar Əliheydər Süleymanovu Mikayıl İsmayılovun sağ əli adlandırır. Və bu adam SOCAR-da bütün idarə-müəssisə rəhbərlərinə aylıq haqq qoyub. Şikayətçinin dediyinə görə, Əliheydər Süleymanov idarə və müəssisə rəhbərlərindən aldığı aylıq haqqı yuxarılara ötürürür...Və heç kim Mikayıl İsmayılovun qorxusundan bu adama gözün üstə qaşın var deyə bilmir...(Mikayıl İsmayılov - Əliheydər Süleymanov-"Qara-Kassa" mövzusunu yaxın günlərdə daha geniş işıqlandıracağıq)

Vaqif Əliyev- Gülən təriqətinin "Dəmir Gümbəzi"


Vaqif Əliyevin adı Türkiyədə FETÖ-nün 15 iyul dövlət çevrilişi cəhdindən sonra PETKİM (SOCAR Türkiye) şirkətinə əməliyyatla yenidən gündəmə gəldi. Təmizləmə əməliyyatından sonra Vaqif Əliyev "SOCAR Türkiye”nin İdarə Heyətinin rəhbəri təyin olundu.

Bu təyinatdan belə anlaşılır ki, V. Əliyevin FETÖ ilə heç bir əlaqəsi yoxdur və o, məhz FETÖ terror təşkilatının ələ keçirmək istədiyi şirkəti "xilas etmək” üçün gedir.

Bu, "quzunu qurda tapşırmaq” misalının həyatda öz əksini tapması kimi bir şeydir. Çünki Vaqif Əliyev FETÖ-nün SOCAR-dakı türklər demiş, ən "has” adamlarından biridir.

Bu ilin 27 avqust tarixində (artıq Türkiyədə FETÖ-nün çevriliş cəhdi baş vermişdi, PETKİM-də FETÖ əməliyyatı keçirilmişdi və Vaqif Əliyev bu şirkətin İdarə Heyətinə sədr göndərilmişdi-red) Türkiyənin "nabizhaber.com” saytında yayımlanan məqalədə Vaqif Əliyevin Fətullah Gülənin SOCAR-dakı əsas adamlarından biri olduğu qeyd olunur. Bu şəxs fətullahçıların SOCAR-da yerləşməsində mühüm rol oynayıb.

Vaqif Əliyevin adı SOCAR-da FETÖ-ya bağlı olan Xaliq Məmmədov, Süleyman Qasımov, Samir Kərimli kimi şəxslərlə eyni sırada çəkilir.

Azərbaycanda FETÖ-çüların təmizlənməsi Elnur Aslanovun timsalında ciddi şəkildə aparılıb. Lakin nədən SOCAR kimi dövlətin strateji strukturundakı gülənçilərə toxunulmur? Vaqif Əliyev niyə PETKİM-ə sədr göndərildi?

Bu suallar cavabsız qalır. Lakin sonuncu suala cavab olaraq onu deyə bilərik ki, Pensilvaniyada əyləşən Gülənin adamı Vaqif Əliyevin mətbuatda yazılan qazandığı milyonlar Azərbaycan sərvətindən qazandıqlarıdır.

Amma tək "SOCAR”-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Energy”- nin icraçı direktorunun birinci müavini Samir Kərimlinin AKP höküməti tərəfindən "terror təşkilatı” kimi tanınan Fətullah Gülən camaatının adamı kimi təqdim olunması da bu dairənin fəaliyyətini dəfələrlə kiçiltmiş olardı. ”Paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran "SOCAR” –a da öz adamlarını yerləşdirmək təkcə Samir Kərimlinin işi olmayıb. Əslində "paralel dövlət” "SOCAR”-da "Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb ki, gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq kimi missiyalarını uğurla həyata keçirmək olub. Bu missiyanın başında duran, hətta "SOCAR” yetkililərinə təsir mexanizminə malik olan şəxs isə şirkətin insan qaynaqları departamentinin (kadr idarəsi) rəhbəri İlqar Mehmetoğlu idi. Hal-hazırda bu adam Türkiyə hüquq-mühafizə orqanları tərəfindən məlum çevriliş hadısələrinə görə istintaq altında saxlanılır.


SOCAR mənsubları kimin və hansı "kompromat"larından qorxur?

Daxil olan qeyri-rəsmi informasiyalara görə SOCAR-da xeyli gərginlik yaşanır. Hətta mətbuatda haqqlarında səsləndirilən tutarlı faktlara belə gülənçilər indinin özündə də bu ifadələri işlədir: Kim nə yazır yazsın, it hürər, karvan keçər” misalının da bu gərginlikdən qaynaqlandığına şübhə etmirik. Amma Fətullah Gülənin ən aparıcı adamlarından birini arxayın və güvəncli bir şəkildə dediyi ”onsuz da yuxarılar məni hansı faktlar olur-olsun ata bilməzlər” deyimində hansı hədənin dayandığını isə anlamaq çətin olmadığı qədər asan da deyil! Şəxsən Türkiyə prezidenti Ərdoğanın nəzarəti altında olan istintaq altında yatan həmin şəxslərdən biri ola bilsin o, hansısa sirləri, daha doğrusu, hansısa qlobal "maxinasiyaları” bildiyi üçün belə danışır, hətta yuxarılara ciddi bir ultimatım da mesaj etməkdən cəkinmir.


Əhəmiyyətini itirməyən dosyelər - Milyonlar... villalar...

Miq.az-ın bəzi araşdırmalarının hələ yekunlaşmayan nəticələrinə görə, bir sıra SOCAR yetkililərinin Türkiyənin İstanbul, İzmir, Bodrum və Kuşadası kimi müxtəlif bölgələrində villa, əmlak sahibi edilməsində geniş xidmətləri olan şəxlər nə vaxtsa bütün kartları açacaqlar. Bu işlərin kimin tapşırığı və şirkətin hansı maliyyə dəstəkləri ilə həyata keçirildiyi nə bu gün, nə də ən yaxın gələcəkdə əhəmiyyətini itirməyən dosyelərdir. Azərbaycan hakimiyyəti Türkiyə rəhbərliyinin istəyi ilə ölkədəki fətullahçı şəbəkəni zəiflətmək üçün bir sıra addımlar atıb, lakin bu təriqətin təsir imkanları hələ də qalır.


Bildirilir ki, Türkiyədə böyük investisiyaları olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var.

Samir Kərimlinin 2013-cü ildə SOCAR-ın gizli maliyyəsi ilə bir qrup Konqres üzvünün Bakıya səfərini təşkil edən fətullahçı Kemal Öksüzlə yaxın təmaslarının olduğu da bildirilir. Xatırladaq ki, bu səfərlə bağlı qalmaqal hələ də davam edir və Nümayəndələr Palatasının spikeri Con Bonerin istefasının səbəblərindən biri də konqresmenlərin etika qaydalarını pozaraq bu səfəri kimin maliyyələşdirdiyi barədə məlumat verməməsi olmuşdu.

Bildirilir ki, Türkiyədə böyük investisiyalara malik olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var.

"Sabah” qəzeti onu da yazır ki, Azərbaycanda "Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərə nəzarət edir.

S.Kərimli həmin podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına pay verib, bununla da "paralel dövlət”ə maddi dəstək təmin edib.


Fətullah Gülənin nəzarətində 50 milyard dollardan çox pul var

Türkiyə Hökumətinin məlumatına görə, Fətullah Gülənin nəzarətində 50 milyard dollardan çox pul var. O pulun neçə milyardının Azərbaycanda qəfil peyda olan və qəfil tenderlərin qalibləri hesabına formalaşmasını dəqiq bilməsək də, yəqin ki, bu sahədə apardığımız araşdırmalar bir nəticə ortalığa çıxaracaq. Odur ki, Gülən təriqətinin SOCAR-dakı ağır artileriyaları olan Vaqif Əliyev, Samir Kərimov və Xalid Məmmədov kimi mühüm vəzifə sahiblərinin Gülən bağlantıları haqqında araşdırmalarımız davam edəcək.
Araşdırmalarımız davam edir.

Miq.az

Şərhlər

XƏBƏR LENTİ