SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Oxucumuz nazir və məmuru ifşa etdi - Sensasion iddialar

Oxucumuz nazir və məmuru ifşa etdi - Sensasion iddialar

Tarix:

6-02-2017, 23:01

/ 1 689 dəfə oxundu.
Oxucumuz nazir və məmuru ifşa etdi - Sensasion iddialar

“Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır”.

Bu fikirləri prezident İlham Əliyev yanvarın 30-da “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

Düşünürük ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü hesabat ilində guya respublikada heç bir infeksion xəstəlik (xüsusən, dabaq, bruselyoz, Nodulyar dermatit və s.) baş “verməyib” kimi həqiqəti əks etdirməyən məlumatına görə A. Süleymanov nazir tərəfindən, həmçinin Prezident Administrasiyasının müvafiq şöbəsinə dəvət edilərək ciddi cəzalandırılacaq!

Adıçəkilən Konfransda Respublika nazirləri tərəfindən bir sıra hesabat xarakterli çıxışlar edilmişdir.

Kənd təsərrüfatı naziri cənab Heydər Əsdovun bu möhtəbər tədbirdə heyvandarlığa baytarlıq xidməti ilə bağlı etdiyi çixışdan sitat: “...Möhtərəm cənab Prezident, ali rəhbərliyinizlə müxtəlif istiqamətlərdə yaradılmış yüzlərlə qürur duyulan sahələrin siyahısına artıq qida təhlükəsizliyi və heyvan sağlamlığı üzrə yaradılmış bir BSL-2 səviyyəli, 6 regional, 42 diaqnostik, 115 baytarlıq sanitariya-ekspertiza laboratoriyalarını da daxil etmək olar. Daha 6 regional laboratoriya isə cari ildə istifadəyə veriləcək ki, bütün bunlar da qida təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək...” sitatın sonu.

Cənab Heydər Əsədov çıxışına davam edərək bildirmişdi ki,“Heyvanlar və quşlar arasında bruselyoz, qarayara, dabaq, Nodulyar dermatit, çiçək və s. xəstəliklərə qarşı aparılan profilaktiki və diaqnostik tədbirlər, eləcə də müxtəlif zərərvericilərə qarşı bioloji mübarizə üsulları ölkədə epizootik və fitosanitar vəziyyəti tam stabit saxlamağa imkan verib”.

Kənd təsərrüfatı sahəsində bilgili mütəxəssisin nazirin “ölkədə sabit epizootik vəziyyət”lə bağlı çıxışına dair ortaya qoyduğu konkret faktları oxucularımızla bölüşürük.

Hələ 2014-cü ildə Respublika Baytarlıq Laboratoriyası Azərbaycan Hökuməti və ABŞ Müdafiə Departamenti arasında bağlanmış Təhlükənin Azaldılması Proqramı (DETRA) çərçivəsində Beynəlxalq Standartların 17025 Tələblərinə cavab verən Bio Təhlükəsizlik Səviyyəsi (BSL) 2 istiqamətində Yenidənqurma işləri aparılaraq Azərbaycan tərəfinə təhvil verilmişdir.

Lakin 2014-cü ilin yanvar ayında lüzumsuz təmirlə bağlı yenidən qurulmuş laboratoriya təhvil-təslimdən 2 ay sonra tamamilə söküldü. Laboratoriyanın elektron və dəqiq ölçən avadanlıqları kənara daşınaraq qeyri-münasib anbarlara yığıldı. Dəyəri yüz minlərlə ölçülən diaqnostikumlar vaxtından əvvəl keyfiyyətini itirərək yararsız hala düşdü. 2 il Respublika Baytarlıq Laboratoriyasının fəaliyyəti iflic oldu. Və beləliklə, laboratoriyanın Beynəlxalq Standartların Tələblərinə cavab verən Biotəhlükəsizlik səviyyəsi pozuldu.

Konfransda hansı “qürur duyulan” 115 baytarlıq-sanitariya ekspertiza laboratoriyaları haqqında söhbət gedir məlum deyildir. Belə ki, ondan kağız üzərində Bakı Şəhər Baytarlıq İdarəsinin tabeliyində 8 yeni baytarlıq-sanitariya ekspertiza laboratoriyaları yaradılmışdır. Lakin laboratoriyalara “adqoyma” mərasimi keçirilsə də yalnız adı var, özləri yoxdur. Deməli, məruzədə göstərilən kimi 115 yox, 107 baytarlıq-sanitariya ekspertiza laboratoriyaları mövcuddur (diqqət yetirin:
”mövcuddur”, “fəaliyyətdədir” sözü işlədilmir-red.). Laboratoriyaların maddi-texniki bzasını möhkəmləndirmək məqsədilə 2.5 ml manat büdcə vəsaiti hesabına alınmış Laboratoriya avadanlıqları nəzarətsizlik üzündən tələb olunan şəraiti olmayan otaqlarda yerləşdirilən baytarlıq-sanitariya ekspertiza laboratoriyanın küncündə və ya müdrinin şəxsi evində lazımsız əşya kimi atılıb qalmışdır. Dövlət nəzarəti funksiyası daşıyan 107 baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının onlarda heç biri dövlət sınağından - akkreditatsiyadan keçməyib. Çünki ki, həmin laboratoriyalarda “qürur duyulası” hal yoxdur, standartların tələblərinə cavab vermir. Buna görə də laboratoriyaların heyvandarlıq məhsullarına verdikləri ekspertiza rəylərinin hüquqi əsası yoxdur.

Bu günlərdə cumhuriyyət.az baytarlıq xidmətinin göstərilməsinə dair “Tarif cədvəli”ni dərc etmişdir. Baytarlıq-sanitariya ekspertiza laboratoriyaları Azər Süleymanovun rəhbərliyi altında korrupsiyaya bulaşaraq Tarif Şurasının təyin etdiyi qiymətdən dəfələrlə çox alırlar.

Baytarlıq və baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müqayisəli xidmətləri:

1. Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) müayinə- 2 manat, bazardakı qiymət- 6 manat, yəni 3 dəfə çox.

2. Qoyun və donuz əti (1 cəmdək)- müayinə 1 manat, bazardakı qiymət- 5 manat, yəni 5 dəfə çox.

3. Diri quş və quş əti (1 baş)–müayinə 4 qəpik, bazardakı qiymət 50 qəpik.

4. Hazır ət məhsulları-müayinə 2 manat, bazardakı qiymət-10 manat.

5. İçalat, dil, baş, dırnaq və sair-müayinə 50 qəpik, bazardakı qiymət- 3 manat.

6. Balıq (diri, dondurulmuş və ya hisə verilmiş )-müayinə 80 qəpik, bazardakı qiymət manat.

7. Yumurta (topdan satış-1 partiya 1000 ədəddən artıq)- 80 qəpik, bazardakı qiymət 5 manat.

8. Yumurta (pərakəndə satış- 1 partiya 1000 ədədə qədər)-20 qəpik, bazardakı qiymət 1manat.

9. Süd və süd məhsulları, qatıq, pendir və s.- 30 qəpik, bazardkı qiymət 2 manat.

10. Arı balı (1 partiya)-1 manat 50 qəpik, bazardakı qiymət 6 manat….

Ona görə də belə rəhbərliklə, belə laboratoriyaları “qürur duyulan sahələrin” siyahısına daxil etmək absurddur.

Hətta “Təzə Bazar” MMC-də Xidmətin özünün tabeliyində olan dövlət baytarlıq nəzarətini həyata keçirən 5 saylı baytarlıq-sanitariya ekspertiza laboratoriyasının bazarda satılan ətin sağlam olması barədə verdiyi müsbət rəyə Xidmətdə “məhəl qoymadılar” və bazardan Xidmətin əməkdaşları tərəfindən sağlam əti “xəsə ət” adı ilə götürüldü. Sonra isə.... Azər Süleymanov qanunsuz hərəkətlərinə görə məhkəmələrdə cavab verməli oldu.

Bundan başqa, Konfransda məruzədə səsləndirilən“Heyvanlar və quşlar arasında bruselyoz, qarayara, dabaq, Nodulyar dermatit, çiçək və s. xəstəliklərə qarşı aparılan profilaktiki və diaqnostik tədbirlər, ölkədə epizootik vəziyyəti tam stabit saxlamağa imkan verib” sözləri də tam səmimiyyətdən uzaq və baş verən xəstəliklərin gizlədilməsinə xidmət edən manevrdir.

Sual olunur: Bəs hesabat ilində əhalinin malqarasına (quşlarına) qənim kəsilən kütləvi xəstəliklər nə idi? Hecə bu düzgün olmayan məlumatlar məruzədə yer alıb?

Məlumatda bildirilir ki, Dövlət büdcəsindən “MEQAVET”-ə 2,5 mln manat köçürülərək 35 faiz “otkat” hesabına ucuz alınmış peyvənd vasitəsi keyfiyyətsiz olduğu üçün immunitet yaratmamış və nəticədə heyvanlar 2016-cı ilin may ayında dabaq xəstəliyinə yoluxmuşdur.

2016-cı hesabat ilində sosial saytlarda, habelə televiziya efirlərində - 19 iyun ANS kanalında Qubada, 25 iyunda Lider TV-də , 27 iyunda ATV-də və 02 iyulda və Qanunxeber.az-da Bərdədə, 08 avqusta Spase TV-də Tərtərdə dabaq xəsəliyinin baş verməsi barədə sujetlər getmişdir. Sahibkarların efirlərdən verdiyi məlumata görə onlara xəstəliklər nəticəsində külli miqdar maddi zərər dəymişdir.

Mütəxəssisin verdiyi məlumata istinadən dabaq xəstəliyinin keçirməsinin sübut edilməsi üçün heyvanlardan qan nümunələri götürülüb laboratoriyada müayinə edilsə (qanda anticisim) onların həqiqətən dabaq xəstəliyinə yoluxmuş olduqları məlum olacaq.

Məruzədə isə bunlardan bir kəlmə də yoxdur.

Cənub bölgəsində əhaliyə məxsus malqara kütləvi yoluxucu Nodulyar dermatitə yoluxaraq tələf olmuşdur. Hətta 05.10.2016-ci il tarixində Lent.az-ın ARB-ə istinadən məlumatına görə, Astara rayonunun Şiyəkəran kəndində 10 baş mal-qarası olan 55 yaşlı Sadiq Əliağa oğlu Teymurovun heyvanları Nodulyar dermatitə yoluxaraq 5-i tələf olub. Bundan sarsılan heyvan sahibi dixlafos adlı dərmanı qəbul edib xəstəxanalıq olmuşdur.

Bundan əlavə, İranda quş qripinin baş verərək yayıldığı bir vaxtda İranla sərhəddi olan Astara rayonunda əhalinin toyuqları qırılmaqdadır. Həyətində toyuq-cücə saxlayan Akif Məmmədovun verdiyi müsahibədə ”Kasıbın işi belədir, vermir...” deyir.

Habelə bu günlərdə İnter.Az tərəfindən Youtube-da yerləşdirilən görüntüdə “Azerbaycan'da Ermeni Mehsulu. (Toyuq ve yumurda Ticareti) Ermeniden Töreme şerefsizler” başlığı altında Azərbaycana ortağı (səhmdarları) erməni Arto Sevan və Andranik olan Türkiyə şirkəti vasitəsilə türk məhsulu kimi toyuq əti və damazlıq yumurta ixrac etdiyi müəyyən olması xəbəri yayımlanmışdır.

Cənab Nazir,

A.Süleymanov “Heyvanlar və quşlar arasında bruselyoz, qarayara, dabaq, Nodulyar dermatit, çiçək və s. xəstəliklərə qarşı aparılan profilaktiki və diaqnostik tədbirlər ölkədə epizootik vəziyyətin tam stabil saxlamağa imkan verib” hesabatını verməklə Sizi və sinxron olaraq respublika rəhbərliyi də aldadılır.
Respublikada heç bir vaxt brusellyozdan epizootik vəziyyət sabit olmamışdır. Bu gündə sabit deyil!

A.Süleymanov daima təyziq altında saxladığı Respublika Baytarlıq Laboratoriyasına, eləcədə zona baytarlıq laboratoriyalarına digər infeksiyalar, o cümlədən brusellyoz aşkar edilən heyvanların gizlədilərək qeydiyyata alınmaması üçün ciddi tapşırıq verib. Brusellyozlu heyvanlar uçotdan gizlədildiyinə görə təlimata əsasən zərərsizlədirilmədən elə həyətlərdə (təsərrüfatlarda) saxlanılmaqla heyvan sahibinin bütün ailə üzvülərini və ya bazarlarda satılaraq sağlam heyvanları və insanları da yoluxdurur. Beləliklə, nəqədər vaksin alınıb gətirilsədə belə, xəstəliyin kökü kəsilmir və yayılma arialı genişlənir.

Zəhmət çəkin səhiyyə orqanlarının hesabatlarına diqqət yetirin

11 may 2016-cı il tarixində RTV–də xəbər verilir ki, 2016-ci il-də Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə müraciət edənlərdən 10 nəfərində brusellyoz xəstəliyi aşkarlanıb. Xəstələyə yoluxanlar arasında Xaçmaz, Quba və Şabran rayonlarının sakinləri var. Ötən il isə 14 nəfərdə brusellyoza yoluxma faktı qeydə alınıb.

1,5 il ərzində bir regionda rəsmi qaydada 25 nəfər insan brusellyoza yoluxursa (Bunlar yalnız tibb müəssisəsinə rəsmi müraciət edənlərin statistikasıdır) görün respublikda brusellyoz xəstəliyi üzrə epizootiki və epidemioloji durum nə vəziyyətdədir? Bundan sonra hansı epizootiki sabitlikdən danışmağa cürət etmək olar?

Dövlət Xidmətində özbaşınalıqlar nəqədər özünə yol açıb ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) hesabatına ölkədə baş verən karantin və məhdudiyyət tətbiq edilən yoluxucu heyvan xəstəlikləri (dabaq, qarayara, Nodulyar dermatit və s.) gizlədilərək daxil edilmir.

Beləliklə, media olaraq Respublikada hesabat ilində dabaq, brusellyoz, Nodulyar dermatit və s. xəstəliklərin baş verməsi barədə faktları diqqətinizə çatdırdıq.

Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş verən olaylar barədə KİV-də bu və ya bundan öncə gedən məqalələrin başlıqları müxtəlif olsada nəticəsi bir məqsədə xidmət edir: Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin korrupsiya, rüşvətxorluq, qohumbazlıq və s. neqativ hallarla barışmaz mübarizəsinə ictimayyət olaraq kömək etməkdir.

Ümummilliliderimiz baytarlq orqanlarının fəaliyyətinə yüksək qiymət verərək demişdi: “Baytarlıq elə bir sahədir ki, orada işləyənlər daima ayıq, sayıq olmalıdırlar”.

Qoy həmin ayıq-sayıqlq yalnız dövlətimizə, dövlətçiliyimizə xidmət göstərmək istiqamətində səfərbər edilsin!

Şərhlər

XƏBƏR LENTİ