Bakıda əsl qış günü yaşanır - FOTOLAR

Bakıda əsl qış günü yaşanır - FOTOLAR Paytaxt sakinlərinin çoxdan gözlədikləri qar, nəhayət ki, bu gün hər tərəfi ağ “örpəyə” bürüyüb. Dünən axşamdan yağan yağmur bu gün ən çox uşaqların sevincinə səbəb olub.

Səhər Bakının mərkəzi sayılmayan küçələrində nəqliyyatın hərəkətində çətinliklər yaşanıb, avtobus dayanacaqlarında işə tələsən insan izdihamı müşahidə edilib. Bəzi asvtobuslar, məsələn, 6 nömrəli marşrutda hərəkət etməli olan avtobus isə ümumiyyətlə xəttə çıxmayıb.

Mərkəzdən uzaq yolların buz örtüyü minik avtomobillərini riskli hərəkətinə səbəb olub.

Paytaxtın mərkəz küçələrində, səkilərdə və dövlət qurumları binalarının önündə qar örtüyü ciddi səylə təmizlənib. Keçidlərdə, piyada yollarında polislərin yaşlı, əliuşaqlı, əlil vətəndaşlara qayğı göstərdikləri rəğbətlə qarşılanıb.

Sinoptiklər hələ dünən fevralın 1-də fasilələrlə qar yağacağını, yolların buz bağlayacağı proqnozunu veriblər.

Proqnozun davamı olaraq bildirilib ki, fevralın 1-də şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Yolların buz bağlama ehtimalı var.

 Bakıda əsl qış günü yaşanır - FOTOLAR
 Bakıda əsl qış günü yaşanır - FOTOLAR
 Bakıda əsl qış günü yaşanır - FOTOLAR
 Bakıda əsl qış günü yaşanır - FOTOLAR
 Bakıda əsl qış günü yaşanır - FOTOLAR
 Bakıda əsl qış günü yaşanır - FOTOLAR
 Bakıda əsl qış günü yaşanır - FOTOLAR
Geri qayıt