Rövnəq Abdullayev baş nazirlə görüşdü

Rövnəq Abdullayev baş nazirlə görüşdü Gürcüstanda səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayevbu ölkənin baş naziri Baş naziri Georgi Kvirikaşvili ilə rəsmi görüş keçirib.

SOCAR-ın sərmayələr idarəsinin rəisi V.Əliyev və “SOCAR Energy Georgia”nın baş direktoru M.Məmmədovun da iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün Qardabani rayonunda azərbaycanlıların kompakt halda yaşadığı Qaratəhlə kənd orta məktəbinin idman zalının açılışı olub.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Hökumət Administrasiyasının rəhbərləri, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə bildirilib ki, 300 şagirdin təhsil aldığı kənd məktəbinin idman zalı SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə tikilib istifadəyə verilib. İki mərtəbədən ibarət, 276 kvadratmetrlik idman kompleksi müasir infrastrukturla təmin olunub, mərkəzi istilik və havalandırma sistemi quraşdırılıb. Kompleks “MStudio” arxitektor-dizayn kompaniyası tərəfindən layihələndirilib, tikinti işləri isə “Constrakşen Devolepment Compani” tərəfindən həyata keçirilib.

Geri qayıt