Milli Məclis Gömrük və Vergi Məcəllələrinə dəyişiklikləri qəbul etdi

Milli Məclis Gömrük və Vergi Məcəllələrinə dəyişiklikləri qəbul etdi Bu gün Milli Məclisin plenar iclasında "Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.

Dəyişikliklər ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün mexanizmləri dəqiqləşdirir və bu məqsədlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən elektron vergi hesab-fakturasının vahid formasının təsdiq edilməsinin nəzərdə tutur.

Bundan başqa, plenar iclasda Gömrük Məcəlləsində dəyişikliklər də müzakirə olunub. Gömrük Məcəlləsində dəyişikliklər gömrük işi sahəsində rəsmiləşdirilmənin, sənədlərin və məlumatların gömrük orqanlarına təqdim olunmasının təkmilləşdirilməsi, o cümlədən gömrük orqanlarına elektron formada müraciət imkanlarının genişləndirilməsi, habelə bir sıra normaların dəqiqləşdirilməsi məqsədi daşıyır.

Müzakirələrdən sonra hər iki layihə səsə qoyularaq qəbul edilib.
Geri qayıt