Yumurtanın qiyməti yenidən bahalaşır

Yumurtanın qiyməti yenidən bahalaşır Cari həftənin əvvəlindən Bakı bazarlarında toyuq yumurtasının qiymətləri kəskin surətdə artmağa (bəzi yerlərdə hətta 14 qəpiyə qədər) başlayıb.

Satıcılar Turan-a bildiriblər ki, bu bahalaşma davam edəcək, çünki yumurtaya olan tələbat artıb.

Mövsümi tərəvəzlərin - pomidor, yaşıl lobya, göyərti və başqalarının qiymətlərinin azalması ilə yanaşı, əhali yumurta istehlakını çoxaldıb.
Geri qayıt