Əli Əsədov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşdü

Əli Əsədov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşdü  
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.

Nazirlər Kabinetindən  verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

Şəhərlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Bu baxımdan Gürcüstan nümayəndə heyətinin səfəri çərçivəsində iki ölkənin şəhərləri arasında imzalanacaq qardaşlaşma haqqında memorandumların önəmi vurğulanıb.

Həmçinin Azərbaycan ilə Gürcüstan arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Geri qayıt