"Neftin qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilmir" - Nazir

"Neftin qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilmir" - Nazir Dünya bazarında neftin qiymətini heç kim dəqiq proqnozlaşdıra bilmir.

Xalqxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ötən il qiymət bizim nəzərdə tutduğumuzdan yüksək olub: "Biz isə büdcədə aşağı qiymət götürməklə özümüzü sığortalaya bilmişik. Bundan sonra da bu siyasət davam etdiriləcək”.
Geri qayıt