Xorvatiya 2023-cü ildə avroya keçir

Xorvatiya 2023-cü ildə avroya keçir  
2013-cü ildən Avropa Birliyinin üzvü olan Xorvatiyanın 2023-cü il yanvarın 1-dən rəsmi olaraq avroya keçəcəyi açıqlanıb.

Xorvatiya parlamentinin avronun ölkədə rəsmi valyuta kimi dövriyyəyə buraxılması haqqında qanunu yekdilliklə qəbul etdiyi iclasda 117 deputat qanunu təsdiqləyib, 13 deputat əleyhinə, bir deputat isə bitərəf qalıb.

Sağçı partiyalar avroya keçidin ölkədə yoxsulluğu və insanlara təzyiqi artıracağı üçün qanuna qarşı olduqlarını bəyan ediblər.  


Geri qayıt