Benzinin ən ucuz və baha olduğu ÖLKƏLƏR

Benzinin ən ucuz və baha olduğu ÖLKƏLƏR Bu ay benzinin dünya üzrə orta qiyməti 1,33 ABŞ dolları olub.

Bu barədə “Ria Novosti“ məlumat yayıb.

Yanacağın ən baha olduğu ərazilər sırasında ilk yerlərdə Honkonq və Norveç gəlir. Bunrda benzinin 1 litrinin qiyməti müvafiq olaraq 2,78 və 2,41 dollardır.

Ucuz yanacağa gəldikdə isə, 1 litr benzin Əlcəzairdə 0,32, Küveytdə 0,34 dollardır.

Bundan başqa, Venesuela, Livan, İran və İraqda yanacaq qiymətlərində ciddi ucuzlama baş verib. Bir müddət əvvəl Venesuelada yanacağın 1 litrinin qiyməti 2 sentə enmişdi. Lakin bu, iqtisadi proseslər nəticəsində baş verməyib.
Geri qayıt