Azərbaycanla Türkiyə arasında memorandum imzalanacaq

Bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.
Onun sözlərinə görə, bu memorandum çərçivəsində sığorta bazarının və kapital bazarının rəqəmsallaşması sahəsində Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq olunması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətinin təşkil olunması barədə razılıq əldə edib. Razılığa əsasən, İstanbul Fond Birjasının qiymətli kağızları Bakı Fond Birjasında, Azərbaycanın qiymətli kağızları isə Türkiyədə alınıb satılacaq.