Neftin qiyməti son yeddi ilin rekorduna yüksəldi

Neftin qiyməti son yeddi ilin rekorduna yüksəldi

WTI neftinin bir barelinin qiyməti beynəlxalq bazarlarda 80 dolları ötərək, son yeddi ilin ən yüksək səviyyəsinə çatıb.

Dünən günü 78,30 dollarla bağlayan WTI neftinin qiyməti bu gün 2,31 faiz artımla 80,11 dollara yüksəlib.

Bu növ neftin qiyməti sonuncu dəfə 2014-cü ilin noyabrında 80,98 dollar olmuşdu.

Bundan başqa, “Brent”№ markalı xam neftin bareli 83,03 dollardan alıcı tapıb.
Geri qayıt