Azərbaycanda nağdsız ödənişlərin həcmi 47% artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 47% artıb Azərbaycanda cari ilin yanvar-mart ayları ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 257 mln. manat həcmində 3,782 mln. əməliyyat həyata keçirilib

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 82 mln. manat və ya 46,86% artıb.

Əməliyyatların 189 mln. manatı POS-terminallar, 68 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 88 mln. manat və ya 87,13% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 6 mln. manat və ya 8,11% azalma qeydə alınıb.
Geri qayıt