Sabiq nazirin şirkəti kapitalını azaldır - GƏLİŞMƏ

Sabiq nazirin şirkəti kapitalını azaldır - GƏLİŞMƏ "İmprotex Motors” MMM nizamnamə kapitalının azaldığını elan edib.

“Ölkə.az”ın məlumatına görə, kapitalın hansı məbləğə qədər azaldığı qeyd olunmayıb.Şirkətin hazırda nizamnamə kapitalı 6200 manatdır.

Xatırladaq ki, “Improtex Motors” MMM 1997-ci ildə yaradılıb və əsas fəaliyyəti premium sinif avtomobillərin idxalı ilə bağlıdır. Şirkətin daxil olduğu “Improtex Group” keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.



Geri qayıt