MİDA 21 milyon manatlıq 2 tenderə yekun vurdu

Vahid dövlət satınalmaları portalına istinadən xəbər veririk ki, tenderlərin qalibləri müvafiq olaraq “19 saylı Tikinti Təmir İdarəsi” və “Enerji Qrup” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 5 922,1 min manat və 15 238,45 min manat, ümumilikdə isə 21 160,6 min manat ödəniləcək.