Sirli ünvandan boylanan daha bir ŞÜBHƏLİ TENDER... - İLGİNC FAKT

Sirli ünvandan boylanan daha bir ŞÜBHƏLİ TENDER... - İLGİNC FAKT Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Disked Qrup” MMC olub.
“Azərişıq” ASC “Külək enerji qurğularının, turbinlərin, sınaq və güc ötürücü sistemlərinin sərf mal-materiallarının” satın alınması üçün “Disked Qrup” MMC-yə 48 min 968 manat 70 qəpik, “Müxtəlif təmir və sərf materiallarının” satın alınması üçün 48 min 236 manat 63 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Azərişıq” ASC-dən 97 000 manatlıq tender müsabiqəsinin qalibi olan “Disked Qrup” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edib. Hüquqi ünvanı “Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də yerləşir. Qanuni təmsilçisi isə Məmmədov Vüqar Həsən oğludur.
Qeyd edək ki, “Disked Qrup” MMC-nin qeydiyyatda olduğu ünvanda - “Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də qısa müddət ərzində onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
“Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28” ünvanda qeydə alınan onlarla şirkətlərin bəziləri bunlar olub:
Sirli ünvandan boylanan daha bir ŞÜBHƏLİ TENDER... - İLGİNC FAKT




Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 6-7 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Geri qayıt