Dövlətə borcu olan daha bir MMC tender “udub” - Əlaqədar qurumlar hara baxır?...

Dövlətə borcu olan daha bir MMC tender “udub” - Əlaqədar qurumlar hara baxır?... ASC-nin kartric maxinasiyası - “Azərsu”nun keçirdiyi tender açıq və kobud qanun pozuntusu ilə müşaiyət olunub...

“Azərsu” ASC bu gün printer avadanlıqlarının kartriclərinə dolum xidmətinin satın alınması ilə bağlı müqavilə bağlayıb.

Qaynarinfo xəbər verir ki, fiziki şəxs Babayev Rəşid Əfqan oğlu ilə bağlanan müqavilənin məbləği 46 min 206 manat olub.

Qeyd edək ki, hazırda Rəşid Babayevin 261 manat vergi borcu var.

Satınalmalar haqqında qanunvericiliyə görə, vergi borcu olan fiziki və hüquqi şəxslər satınalmalarda iştirak edə bilməz…
Geri qayıt