700 min manatlıq şirkət ləğv olunur

700 min manatlıq şirkət ləğv olunur "Caspian Pharmed" QSC ləğv olunduğunu elan edir.

Qaynarinfo xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Az1029 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, ev 92 "A" ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan-İran birgə müəssisəsi olan "Caspian Pharmed” Qapalı Səhmdar Cəmiyyəti 668 min manat nizamnamə kapitalına malikdir. "Caspian Pharmed” QSC-nin dərman istehsalı zavodlarında əsasən ağrıkəsicilər, iltihab əleyhinə, antibiotik, antihistamin, kardioloji, antidepresant, antiepileptik dərmanların istehsalı planlaşdırılmışdı.

Şirkət 17.03.2017-ci il tarixində yaradılıb.
Geri qayıt