"Azərsu" və AZAL-ın yerinə ödədiyimiz borclar - CƏDVƏL

HİT.Az xəbər verir ki, bu sözləi iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanın xarici borcları ilə bağlı vəziyyəti şərh edərkən deyib.
İqtisadçının sözlərinə görə, bu məbləği əslində icraçılar - "Azərsu" , "Azərenerji", "AZAL", "Azərbaycan Dəmir Yolları", "Meliorasiya və Su Təsərrüfatı", "Azərbaycan Avtomobil Yolları" və başqaları qaytarmalı idi, amma onların əvəzindən büdcə - yəni biz, siz, vergi ödəyiciləri ödəyir:
"Bu məbləğ hesabına pensiyaları ən azı 50 faiz artırmaq olardı. Hazırda 1 milyon 160 min nəfər pensiyaçının təqaüdlərinin 11,4 faiz indeksləşdirilməsinə yönələn məbləğ 441 milyon manatdır ki, bu da dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərclərindən 5 dəfəyədək azdır”.
Qubad İbadoğlu Hesablama Palatasının məlumatlarına əsasən, bu ildən başlayaraq xarici borcların qaytarılması qrafikini təqdim edib:
