Tikinti materialları da bahalaşır

Tikinti materialları da bahalaşır Tarif Şurası tərəfindən benzil, dizel və su təchizatı qiymətləri artırıldıqdan sonra bazarlarda qiymət artımı sürətlənib.

Marja-ya istinadən xəbər veririk ki, tikinti materiallarının qiymətləri də artmaqda davam edir. Qapı və laminatlardan sonra dikt də bahalaşıb. Dikt qiymətlərində təxminən 1 manat artım edilib.

Satıcılar topdansatış mənətələrinin qiymətləri artırdığını bildirirlər. Yanvarda bahalaşmış laminat Fevralın əvvəlində 50 qəpik də bahalaşdırılıb.

Yanvar ayında otaq qapılarının qiymətləri təxminən 15-25 manat civarında artmışdır.

Yaxın günlərdə digər tikinti materiallarının da bahalaşacağı gözlənilir.
Geri qayıt