Mərkəzi Bank Şuşada nümayəndəlik açacaq

Mərkəzi Bank Şuşada nümayəndəlik açacaq Qarabağla bağlı bizim çox geniş proqramımız var. Orada biz maliyyə-bank infrastrukturunu formalaşdırmaq istəyirik”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum işğaldan azad edilmiş ərazilərdə iki nümayəndəlik açacaq.

“Artıq bank sektoru ilə geniş müzakirələrimiz var. Onlar buna müsbət yanaşırlar. AMB-nin orada iki böyük ərazi idarəsi olacaq. Arzu edirik ki, onlardan biri Şuşada olsun", - deyə E.Rüstəmov qeyd edib.
Geri qayıt