FHN Akademiyasında fövqəl tender! - dəftər-qələmə 4 milyon manat xərcləyəcək

FHN Akademiyasında fövqəl tender! - dəftər-qələmə 4 milyon manat xərcləyəcək Fövqaladə Hallar Nazirliyinin Akademiyası yanvar ayının 12-də sifarişçi olduğu növbəti satınalmaya yekun vurmuşdur.

Qlobal.az xəbər verir ki, "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə keçirilən satınalmanın dövlət portalında göstərilən məbləği ciddi suallar yaradıb. Belə ki, Akademiyanın sözügedən lot üzrə sifarişçi olduğu satınalmanın məbləği 4.058.432 (dörd milyon əlli səkkiz min dörd yüz otuz iki) manat təşkil edir.

Fövqaladə Hallar Nazirliyinin Akademiyasının mühasibatlığı ilə əlaqə saxlayıb satınalmanın müqavilədə göstərilən "rəqəmlərinin" real yaxud texniki səhv olduğunu öyrənmək istədik.

Akademiyanın növbətçi hissəsindən (012 512 41 26) bildirdilər ki, Akademiyanın mühasibatlığı koronavirus pandemiyasına görə növbəli işə çıxsa da, hazırda mühasibatlıqda sualı cavablandıracaq şəxslərin olmadığını bildirdilər.

Qeyd edək ki, Fövqaladə Hallar Nazirliyinin Akademiyası dövlət başçısının sərəncamı ilə 2008-ci ildə yaradılmışdır.

Akademiyasının rəisi, general- mayor Baba Salayevdir.
Geri qayıt