Ramiz Mehdiyev AMEA-da şübhəli tenderlərə BAŞ VURUB... - zibillərin daşınmasına 1 milyon manatdan çox pul...

Ramiz Mehdiyev AMEA-da şübhəli tenderlərə BAŞ VURUB... - zibillərin daşınmasına 1 milyon manatdan çox pul... Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) keçdirdiyi 3 tenderə yekun vurub.

"MediaPost" xəbər verir ki, cari ilin son 4 (dörd) ayı üçün mühafizə xidmətinin satınalınması üzrə tenderin qalibi "Alov-Mühafizə” MMC olub. Şirkətlə 4,9 milyon manatlıq müqavilə bağlanılıb.

"ŞƏRQ-QƏRB” ASC-yə 2020-ci ildə nəşr və çap işlərinin satınalınmasına 2,1 milyon manat ödənilib. Akademiyanın məişət tullantılarının daşınması üzrə tenderin qalibi isə “KASCO Vaste Servis Az-F.” şirkəti olub. Bu satınalma üzrə 1,1 milyon manatlıq müqavilə imzalanıb.
Geri qayıt