Rusiya pomidor idxalı ilə bağlı Azərbaycana qoyduğu məhdudiyyəti ləğv edib

Rusiya pomidor idxalı ilə bağlı Azərbaycana qoyduğu məhdudiyyəti ləğv edib Rusiya dekabrın 24-dən etibarən 12 Azərbaycan müəssisəsindən pomidor idxalına qoyduğu məhdudiyyəti ləğv edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rosselxoznadzor Federal Xidmətinin direktorunun müavini Anton Karamzin bildirib .

Onun sözlərinə görə, pomidor idxalına qoyulan məhdudiyyətin ləğvi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müraciətinə baxılması və həmin qurumun zəmanəti nəticəsində olub.
Geri qayıt