Əmlak Məsələləri Dövlət Xidmətinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - Milyondan artıq vergi borcu olsa da...

Əmlak Məsələləri Dövlət Xidmətinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - Milyondan artıq vergi borcu olsa da... İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) milyonluq vergi borcu olan "Caspel" MMC-ni tenderin qalibi edib.
"MediaPost" xəbər verir ki, ƏMDX texniki avadanlıqlar və məişət cihazlarının alınması üzrə MMC ilə 17 827 manatlıq müqavilə imzalayıb. Halbuki "Caspel" MMC-nin dekabrın 9-na olan cari vergi borcu 1,1 milyon manatdan çoxdur.

Qeyd edək ki, "Caspel" MMC bundan əvvəl oktyabrın sonunda 1,7 milyon manat vergi borcu olduğu halda Dövlət Vergi Xidmətinin 12,8 milyon manatlıq MEEM yaradılması və digər İT xidmətlərinin alınması ilə bağlı tenderin qalibi elan edilmişdi.

Xatırladaq ki, "Dövlət Satınalmaları haqqında" Qanuna əsasən bu satınalmalar vergi borcunun olması ilə bağlı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, qanunun 6.2.5-ci maddəsinə əsasən tenderdə iştirak edək kommersiya qurumunun vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Bundan əlavə, bir il ərzində gecikdirilmiş vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz.
Əmlak Məsələləri Dövlət Xidmətinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - Milyondan artıq vergi borcu olsa da...
Geri qayıt