Mərkəzi Bankın “komendant saatı” nə vaxt ləğv ediləcək? - Banklar valyuta dəyişməsinə vaxt limiti də qoyublar

Məqalədə daha sonra bildirilir: "Ölkənin ,demək olar, bank sistemini özündə birləşdirən “Kapitalbank”, “Beynəlxalq Bank” , “Paşabank” qadağanın Mərkəzi Bankdan qaynaqlandığını bildirib, bu absurd qərarla müştərilərin hüquqlarını pozmaqla yanaşı , özlərinə, yəni bank sisteminə inamı da sarsıdırlar. Eyni zamanda, məhdudiyyət təkcə məbləğə yox, vaxta da tətbiq olunur, heç demə! Yəni, yalnız saat 10-14 arası valyuta dəyişmək olar, 14-dən sonra bu hüquqa da qadağa qoyulub. Banklar bu qadağanın da “mərkəz”dən gəldiyini bildirməklə vətəndaşların hüquqlarının pozulmasının “yuxarıdan” qaynaqlandığını vurğulayırlar. Məbləğə qoyulan absurd “deklarasiya limiti”ni , birtəhər də olsa , anlamağa çalışmaq olar, bəs bu vaxt limitini vətəndaş necə anlasın? Belə çıxır, dollar satışına “komendant saatı” tətbiq olunur? Nə əcəb cəmi 4 saat? Görəsən, Elman Rüstəmov bankların “komendant saatı”nı Nazirlər Kabinetinin Operativ Qərargahı ilə razılaşdırıb?"
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq