Bankları çətin günlər gözləyir

Bankları çətin günlər gözləyir Avrozonanın kommersiya bankları çətin günlərlə üzləşəcək.

Avropa Mərkəzi Bankı ənənəvi maliyyə sabitliyi icmalına istinadən verdiyimiz məlumata görə, bu vəziyyət ən azı 2021-ci ili əhatə edəcək.

İcmala əsasən, bank sektorunun mənfəətinin 2019-cu ilin səviyyəsinədək bərpası 2022-ci ildən tez olmayacağı proqnozlaşdırılır.

Öz növbəsində, sözügedən vəziyyət bu müddətdə borcvermə potensialını azaltmaqla bütün Avropa iqtisadiyyatının vəziyyətinə mənfi təsir göstərəcək.
Geri qayıt