Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu

Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTB) mal-materialların satın alınması tenderinin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, tenderi "VİS" MMC qazanıb.
Samux MKTB abadlıq işlərinin aparılması məqsədilə mal-materialların satın alınması üçün "VİS" MMC-yə 167 min 349 manat ödəyəcək.

Qeyd edək ki, "VİS" MMC 3 fevral 2020-ci ildə 10 manat kapitalla yaradılıb. Şirkətin ünvanı Gəncə şəhəri, Ozan, ev 104, m. 9, qanuni təmsilçisi Hafiz Fərəcov Nazim oğludur.
Geri qayıt