"Turan Bank"dan ŞİKAYƏT - FOTO

"Turan Bank"dan ŞİKAYƏT - FOTO Bu dəfə şikayətçimiz Turan Bank-dan şikayət edir. Sosial şəbəkə istifadəçisi Faris J-v öz şikayətində başına gələnləri belə nəql edir:

"Hörmətli TuranBank ASC ilk növbədə xidməti elə təşkil edin ki, əməliyyatçılarınız bir-birlərinin adıyla koduyla işləmək məcburiyyətində qalmasın.

Bu qəbzdə əməliyyatçı Gülər Vəliyeva yazılsa da xəzinədə oturan əməkdaş kişi idi.

Özünə bildirdim və o mənə bu filial(Baş Dövlət Yol Polisi idarəsindəki) yeni açıldığına görə həmişə belə olduğunu dedi."

"Bundan əlavə 22.40 AZN yerinə 23 AZN tələb edilir. Həmin yerdə filial açmaq ola bilər sizə baha başa gəlib, amma bunu hər vətəndaşdan 60 qəpik artıq alaraq pokrıvat eləmək ədalətli deyil.

Hər əməliyyatdan 0.60 AZN artıq alanda külli miqdarda vəsait edir. Əvvəl orda polislərdən narazı qalırdıq indi onlar düzəlib yerlərini də sizin əməkdaşlara veriblər elə bil."
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
"Turan Bank"dan ŞİKAYƏT - FOTO
Geri qayıt