Unibank-ın hazırda AÇIQ-AYDIN QANUN POZUNTUSU İLƏ MƏŞĞUL OLDUĞU GÖRÜNÜR... -İTTİHAM/FOTOFAKT

Unibank-ın hazırda AÇIQ-AYDIN QANUN POZUNTUSU İLƏ MƏŞĞUL OLDUĞU GÖRÜNÜR... -İTTİHAM/FOTOFAKT Ceyhun Məcid (Джейхун Меджид) adlı sosial media istifadəcisi Unibank-dan şikayətçidir.
Ceyhun Məcid şikayətində yazır:

"Şikayətim Unibank-dandır! Bir az uzun olacaq.

Aprel və ya may ayında (tam dəqiq tarixi xatırlamıram) VÖEN hesabıma bağlı olan, son 4 rəqəmi *7870 olan VİSA kartıml itirmişəm. Dərhal banka bu haqda məlumat verib, kartı bloklaşdırıb ləğv etmişəm (!) və eyni gün də yeni kart sifarişi edib növbəti gün kartımı almışam. Stabil olaraq aylıq 5 rəqəmli məbləğlərlə bu kart vasitəsilə Facebooka reklam ödənişi edilib. 30.07.2020 tarixində saat 00:40 tarixində 122.05$ Facebook tərəfindən LƏĞV EDİLMƏLİ olan karta ödəmə sorğusu göndərilib və bank tərəfindən imtina edilib. Buraya qədər hər şey normal görünür. Lakin, ləğv edilməli karta sorğu göndərildikdən sonra mənim kart hesabıma -623.5AZN Unibank tərəfindən OVERDRAFT borcu yazılıb! Facebook tərəfindən RƏSMİ Faktura və RƏSMİ Maillə cavab verilib ki, qeyd edilən ödəmə Facebook’un hesabına daxil olmayıb! Bankla əlaqə saxlayıram (kuratorumla) araşdırdıqdan sonra günahı Millikartın üstünə atıb bildirirlər ki, bu tranzaksiyanın olmasına Millikart icazə verib.
Teref.az yazır ki, Ceyhun Məcid şikayətinin bu yerində Unibank-a suallar ünvanlayır:
"Sual verirəm ki,
1) LƏĞV OLUNMALI olan kart, hansı ki, mənim şəxsi kabinetimdə bu kart görünmür, NECƏ OLUR Kİ, SORĞU GÖNDƏRİLMƏSİNƏ İCAZƏ VERİRSİNİZ?
2) 122.05$ HANSI KONVERTASİYAYA ƏSASƏN 623.5AZN hesablanır?
Mənə heç bir cavab verə bilmirlər və məbləğ hazırda blokda görünür bildirirlər.
Hal-hazırda bankın prosessinq mərkəzi olan Millikart da mənimlə əlaqə saxlayaraq bildirdi ki, qeyd edilən ÖDƏMƏLƏR SİSTEMDƏ XƏTALI olaraq görünür. Yəni normalda ödəniş çıxılmamalıdır!

SIRF BU SƏBƏBDƏN FACEBOOK HAZIRDA AYLIQ CİDDİ ÖDƏMƏ ETDİYİM BİZNES HESABIMI RESTRİCT (QISITLAMA) EDİB! İŞ GÜNÜ OLMADIĞI ÜÇÜN BANK İŞLƏMİR!
Ortaya belə bir sual çıxır:
Unibank hansı əsasla LƏĞV edilməli olan kart vasitəsilə ƏMƏLİYYAT KEÇİRİLMƏSİNƏ İCAZƏ VERİR?! Bank açıq-aydın göstərir ki, MÜŞTƏRİ KARTINI LƏĞV ETSƏ BİLƏ, KABİNETİNDƏ ONA KART GÖRÜNMÜR, LAKİN BANK BACK-END’DƏ HANSISA ŞÜBHƏLİ ƏMƏLİYYATLARLA MƏŞĞUL OLUR!

Aşağıda Facebook tərəfindən mənə göndərilən RƏSMİ CAVAB mailini əlavə edirəm və UNİBANK əməkdaşlarından bu haqda CAVAB GÖZLƏYİRƏM!
8 ilə yaxındır bu bankla çalışıram, lakin bankın hazırda AÇIQ-AYDIN QANUN POZUNTUSU İLƏ MƏŞĞUL OLDUĞU GÖRÜNÜR!"
Unibank-dan yuxarıda qaldırılan qaranlıq məsələlər barədə mövqeyini gözləyirik!
Teref.az
Unibank-ın hazırda AÇIQ-AYDIN QANUN POZUNTUSU İLƏ MƏŞĞUL OLDUĞU GÖRÜNÜR... -İTTİHAM/FOTOFAKT


Geri qayıt