Pandemiya daha bir bankı vurdu - Rəqəmlər...

Pandemiya daha bir bankı vurdu - Rəqəmlər... “Bank BTB”nin 2020-ci ilin birinci yarısı üzrə maliyyə hesabatı açıqlanıb.

“MediaPost” xəbər verir ki, ilk 6 ayda bankın faiz gəlirləri 25 % artaraq 13,257 milyon manat, faiz xərcləri isə 16% artaraq 6,657 milyon manat təşkil edib.

Bu dövrdə bankın qeyri-faiz gəlirləri də 21% azalaraq 2,295 milyon manat, qeyri-faiz xərcləri isə 14% artaraq 7,983 milyon manat təşkil edib.

Bank mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara 1,019 milyon manat vəsait ayırıb. Nəticədə ilk yarım ili 107 min manat zərərlə başa vurub. 2019-cu ilin birinci yarısında isə “Bank BTB” 895 min manat xalis mənfəət əldə etmişdi.

Qeyd edək ki, cari ilin birinci rübündə bankın xalis mənfəəti 762 min manat idi. Lakin ilin ikinci rübündə mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırmaların 900 min manata yaxın artması səbəbindən bank yarım ili zərərlə başa vurub. Ehtiyatlara ayırmalarının artması isə pandemiya dövründə bankın risk ölçülü aktivlərinin artmasından xəbər verir.

Bu dövrdə bankın ümumi aktivləri (5% və yaxud 18,620 milyon manat artım) 360,162 milyon manat, cəmi öhdəlikləri 296, 166 milyon manat (7% və yaxud 18,595 milyon manat artım), cəmi kapitalı isə 63,996 milyon manat (0,04% və yaxud 25 min manat artım ) təşkil edib.
Geri qayıt