"Express Bank" mənfiyə doğru gedir

"Express Bank" mənfiyə doğru gedir "Express Bank" cari ilin ikinci rübünə olan hesabatını açıqlayıb.

Bankın açıqladığı hesabata əsasən xəbər veririk ki, "Exxpress Bank" nın əksər göstəriciləri azalıb.

Bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 mln. 127 min manat azalaraq 300 mln. 535 min manata enib. Bundan başqa bankın cəmi öhdəlikləri də ötən ilin eyni dövrü ilə müqayisədə 46 mln. 685 min manat azalaraq 179 mln. 249 min manata, cəmi kapitalı isə 1 mln. 442 min manat azalaraq 121 mln. 286 min manata enib.

KREDİT VƏ DEPOZİT PORTFELİ AZALIB

"Express Bank"ın müştərilərinə verdiyi kreditlərdə azalma müşahidə olunub. Belə ki, bankın müştərilərə verdiyi kreditlər 29 mln. 539 min manat azalaraq 215 mln. 815 min manata enib. Bu isə bankın cəmi aktivlərinin azalmasının əsas səbəblərindən biridir. Bankın depozit portfeli isə 54 mln. 90 min manat azalaraq 126 mln. 276 min manata düşüb. Bu da "Express Bank"ın cəmi öhdəliklərini azaldıb.

FAİZ GƏLİRLƏRİ VƏ MƏNFƏƏT

"Express Bank"ın faiz gəlirləri 1 mln. 681 min manat artaraq 20 mln. 412 min manata çatıb. Bankın faiz xərcləri isə 742 min manat azalaraq 4 mln. 411 min manata enib. Bununla da bankın xalis faiz gəliri 2 mln. 222 min manat artaraq 16 mln. manata yüksəlib. Bankın qeyri-faiz gəliri 916 min manat azalaraq 6 mln. 120 min manat, qeyri-faiz xərcləri isə 11 mln. 696 min manat artaraq 16 mln. 284 min manata bərabər olub. Bununla da bankın əməliyyat mənfəəti 3 mln. 388 min manat artaraq 5 mln. 837 min manata çatıb.

"Express Bank"ın xalis mənfəəti 3 mln. 513 min manat artaraq 6 mln. 641 min manat olub.

Bankın məcmu kapitalı 1 mln. 40 min manat azalaraq 117 mln. 503 min manata enib.Kommersant.az
Geri qayıt