Eldar Mahmudovun 7 milyon manatlıq vergi borcu sıfırlanıb - İLGİNC

Eldar Mahmudovun 7 milyon manatlıq vergi borcu sıfırlanıb - İLGİNC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “Kristal Motors” MMC-nin hüquqi varisi olan “Crystal Med” MMC barəsində məhkəməyə müraciət edib və 7.05 mln. manatlıq vergi borcu olduğunu iddia edir.

Banker.az-a istinadən xəbər veririk ki, bununla bağlı DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “Kristal Motors” MMC-nin 11 may 2017-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 7 048 026 manat məbləğində borcunun ödənilməməsinin təmin edilməsini xahiş edib.

DVX idarəsi, bu səbəbdən də həmin şirkətin 17 301 819 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşmışdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini istəyir.

Hələ DVX nazirlik kimi (Vergilər Nazirliyi) fəaliyyət göstərəndə “Kristal Motors” ilə aralarında məhkəmə çəkişməsi vardı. Söhbət 2018-ci ildə özəl şirkətin məhkəməyə müraciət edərək, vergi borcunun azaldılmasından gedir. Həmin dövrdə borcun məbləği 2 209 014 manatı əhatə edirdi.

Lakin, “Kristal Motors”un da buna cavab iddiası “dəymiş zərərin” ödənilməsi ilə bağlıdır. Qarşılıqlı iddia üzrə iddiaçı “Kristal Motors” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 275 291,47 manat məbləğində pul şəklində vurulmuş zərərin əvəzinin qarşılıqlı iddia üzrə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutulması və pul şəklində “Kristal Motors” MMC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edib.

Yekun məhkəmə aktında isə sadəcə qərardad çıxarıldığı göstərilib. Həmin qərardadda məhkəmənin sənədləri geri göndərildiyini qeyd edib.

Azərbaycanın yerli KİV-in bəzilərində yer alan məlumatda bu şirkətlərin sabiq Milli təhlükəsizlik nazirin oğlu Anar Mahmudova məxsus olduğu iddia edilir.

Vergi bazasından 23 iyul tarixinə aldığı məlumata görə şirkətin dövlət qarşısında borcu sıfırlanıb.
Geri qayıt