Azərbaycanda siqaretlər bahalaşır - YENİ QİYMƏT

Azərbaycanda siqaretlər bahalaşır - YENİ QİYMƏT Azərbaycanda gələn aydan siqaret və tütün məmulatlarının qiyməti 15 faizə yaxın artacağı gözlənilir.

Mediapost.az-a istinadən xəbər veririk ki, artıq bir həftəyə yaxındır şirkətlər tərəfindən mağazalara siqaretin göndərişi dayandırılıb.

Mağaza sahiblərinə gələn ayın 1-dən sonra ölkədə tütün və tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan şirkətlər tərəfindən siqaretin qiymətinin 20-40 qəpik arası bahalaşacağı xəbərdarlığını da ediblər.

"LD", "Sobranie", "Kent" və digər markalı siqaretlərin qiymətində 40 qəpiyə qədər artım gözlənilir.
Geri qayıt