Vergi borcu olan şirkət tenderi uddu

Vergi borcu olan şirkət tenderi uddu Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Nəqliyyat vasitələri və texnikaların icarəsi xidmətinin satın alınması” məqsədilə keçirdiyi tender müsabiqəsi elan edib. Müsabiqənin qalibi 41642,72 AZN vergi borcu olan “İrmis” MMC (VÖEN-1502245011) olub.

Reportyor.info xəbər verir ki, bu haqda İictimai vəkil Samir Zeynalov məlumat yayıb. Nazirlik qeyd olunan xidmətlər üçün bu şirkətə 514 min 428 manat 8 qəpik vəsait ödəyib. Tarix: 20.06.2020

Qeyd edim ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci tələbinə əsasən mümkünsüzdür.

Vətəndaşına 190 AZN birdəfəlik ödəmə üçün ağlasığmaz şərtlər müəyyənləşdirən ölkədə belə hallar təəccüblü olmasa da, cəmiyyət üzvlərinin bu qəbildən olan talançılığa biganəliyi ağlasığmaz və təəccüblüdür.

Rastlaşdığım bu və buna bənzər hallar bir daha onu təsdiq edir ki, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində heç bir islahat həyata keçirilməyib.
Geri qayıt