Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bundan başqa, vergilər nazirinin əmriylə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən irəli gələn məsələlərin həlli, vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədilə mövcud bəyannamələrə, hesabatlara, onların əlavələrinə və tərtib olunması qaydalarına dəyişiklik edilib, bir sıra bəyannamələrə yeni əlavələr təsdiq olunub. Əlavə Dəyər Vergisi, mənfəət, gəlir, torpaq, mədən, yol, sadələşdirilmiş vergilərin, onların əlavələrinin, habelə ödəmə mənbəyində tutulan vergi və aksiz bəyannaməsinin formaları və tərtib edilmə qaydaları yeni redaksiyada təsdiq edilib.
“Qeydiyyata alınmayan qeyri rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV-nin bəyannaməsi”, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, ”“Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Dövlət rüsumunun tutulması haqqında hesabat”, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannaməsi”, “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi”, “Daşınmaz əmlak təqdim edə şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” və bir sıra başqa bəyannamələrin formaları və onların tərtib edilməsi qaydaları da qəbul olunub.
Normativ-hüquqi aktlara dəyişikliklər bağlı ətraflı məlumat, habelə yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları Vergilər Nazirliyinin rəsmi saytında (www.taxes.gov.az) yerləşdirilib.