"Unibank" 10 manata görə görün nəyə əl atdı - QANUN POZUNTUSU

"Unibank" 10 manata görə görün nəyə əl atdı - QANUN POZUNTUSU "Unibank" Azərbaycan qanunlarını heçə sayaraq hegemonluq edir, müştərilərinin şəxsi sirlərini üçüncü şəxsə ötürür.

"Unibank"dan kredit götürmüş şəxsin sözügedən banka 10 manat borcu yaranıb. Borcun ödəniş müddətindən 4 gün keçdikdən sonra "Unibank" müştəriyə xəbərdarlıq etmədən onun uzaq qohumlarına car çəkib. Müştəri şikayətində həmin qohumlarının 10 manatlıq borcundan xəbərdar olmasını istəmədiyini, üstəlik qohumlarının varlığı haqda banka heç bir məlumat vermədiyini bildirib. Hazırda müştəri bankı şəxsi məlumatları yaymaqda günahlandırır.

Qeyd edək ki, qanunla şəxsi məlumatların üçüncü şəxsə ötürülməsi qəti qadağandır.

Kommersant.az
Geri qayıt