"Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var

"Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var Azərbaycanın ən iri polad istehsalçısı olan “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər veririk.

Məlumata görə, bu şirkətlə yanaşı onun törəməsi - “Baku Steel Construction” MMC-nin də 676 276,08 manat vergi borcu var.

Beləliklə, iki şirkətin ümumi borcu 1 277 786,26 manat təşkil edir.
Geri qayıt