Azərbaycanda maaşlar artıb – Rəsmi

Azərbaycanda maaşlar artıb – Rəsmi 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 499,9 manat təşkil edib
Məlumata görə, əmək haqqı neft sektorunda 3007,1 manat, qeyri-neft sektorunda 440,6 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 378,9 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 671,5 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Geri qayıt