"Elman Rüstəmov və onun oliqarx qardaşları bütün pullarını dollarda saxlayır” - ekspert

“Milyardları ölkədən çıxarıblar, camaatın 3-5 manatına göz dikiblər”
“Deməli, devalvasiya riski artıb, indidən camaata ziyan vurmaq istəyirlər. Neftin qiyməti qalxanda xeyirlərini özləri görür, enəndə ziyanı sadə insanlara yükləyirlər. Milyardları ölkədən çıxarıblar, camaatın 3-5 manatına göz dikiblər”,-deyə iqtisadçı ekspert əlavə edib.
““Unibank” konvertasiya əməliyyatlarını “E-manat”, “MilliÖn” terminallarında dayandırıb”
Q. İbrahimli qeyd edib ki, banklar isə “C” planına keçib: “Dünəndən qızımın kartına pul yükləyə bilmirəm. Əvvəl elə bildim setdə problem var. Bu gün araşdırdım ki, “Unibank” konvertasiya əməliyyatlarını “E-manat”, “MilliÖn” terminallarında dayandırıb. Məntiq yenə öldü. Mədudiyyət cəhənnəm, axı “Unibank”ın terminalları “E-manat” və “MilliÖn” terminallarının sayından qat-qat çoxdur. Ən başlıcası isə karantin rejiminə ziddir. Məsələn, məcburam ki, “Unibank”ın ən yaxın terminalına getmək üçün 5 km yol gedəm, hansı ki, 200 m kənardakı marketə gedib rahatca yükləyə bilərdim”.