Ölkələr böhrandan belə qorunacaq: Dollar, avro, funt ucuzlaşdırılacaq - GƏLİŞMƏ

Ölkələr böhrandan belə qorunacaq: Dollar, avro, funt ucuzlaşdırılacaq - GƏLİŞMƏ Dollar, avro, funt sterlinq kimi dönərli valyutaların son günlər məzənnəsində baş verən artım ciddi narahatlıq yaradır.

Sözügedən valyutaların dəyər qazanması fonunda prosesin qarşısını almaq üçün təcili addımlar atılır.

Qeyd edək ki, ABŞ və İngiltərə artıq belə bir addım atıb. ABŞ Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyyatlar Sistemi (FED) bir neçə gün əvvəl dolların uçot dərəcəsini 0.5 faiz aşağı salıb.

Qeyd edək ki, bu, FED-in son 5 ildə ilk belə kəskin qərarı idi. Ötən gün isə İngiltərə Bankı xüsusi iclas keçirərək koronavirusla əlaqədar yaranmış vəziyyətə görə baza faiz dərəcəsini aşağı salmaq barədə qərar qəbul edib.

Belə ki, İngiltərə Bankı funt sterliqin baza faiz dərəcəsi 0.50 faiz azalaraq 0,25 səviyyəsinə endirib. Hələlik Avropa məkanının vahid valyutası olan avro ilə bağlı belə bir qərar qəbul edilməsə də, yaxın günlərdə Avropa Mərkəzi Bankının da belə bir qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, son günlər avro gündəlik olaraq davamlı şəkildə dəyər qazanır. Avro son 10 gündə birjalarda 8-11 faizlik dəyər qazanıb. İqtisadi nəzəriyyəyə istinad etsək, baha pul ölkə iqtisadiyyatında hərəkətsizlik yaradır və ixrac potensialını ciddi şəkildə aşağı salır. Ölkələr ixrac potensialını artıqmaq üçün müxtəlif zamanlarda inzibati alətlərdən istifadə edərək valyutalarını ucuzlaşdırır.

Bu təcrübədən isə daha çox Çin, Yaponiya kimi güclü iqtisadiyyata və ixrac potensialına sahib ölkələr istifadə edir. Gözlənilən odur ki, neftin ucuzlaşması ilə əlaqədar valyuta bazarında yaranan mənfi emosiyaları aradan qaldırmaq və iqtisadi balansı qorumaq üçün ABŞ, İngiltərə və Avropa pulun dəyərini aşağı salmaq üçün inzibati addımlar atacaq.
Geri qayıt