"Atəşgah Sığorta” geriyə doğru irəliləyir... - Rəqəmlər...

FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin yanvar ayı ərzində 3,638 mln. manat sığorta toplayıb ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 2,394 mln. manat və ya 65,9% az olub.
AMB-nin hesabatına əsasən, müqayisə edilən dövr ərzində şirkətin ödənişlərində də azalma qeydə alınıb. Belə ki, “Atəşgah sığorta” tərəfindən müştərilərə ödənilən sığorta ödənişlərinin həcmi 313 min manat və ya 21% azalaraq 1,488 mln. manat təşkil edib.