“Unibank”ın müştərilərinin kartlarından böyük məbləğdə pullar çəkilib - SENSASİYA

“Unibank”ın müştərilərinin kartlarından böyük məbləğdə pullar çəkilib - SENSASİYA “Unibank” debit kartdan müştərilərin 10 manatdan başlayaraq böyük məbləğdə pulları çəkilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bankdan isə bildirilib ki, bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub.

“Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar. Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız” - məlumatda qeyd olunub.
Geri qayıt