Əliməmməd Nuriyev “Bank of Baku”nu yıxıb-sürüdü: - “Tam özbaşınalıqdır”

Canlı yayım vaxtı "Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov fərdi sahibkar kimi ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə bağladığı xidmət müqaviləsi üzrə vəsaitin Bank of Baku tərəfindən qanunsuz olaraq ona verilməməsini bildirib.
Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev “Bank of Baku”nun bu addımını kəskin pisləyərək, qanunsuz olduğunu qeyd edib və bunu tam özbaşınalıq kimi qiymətləndirib.