Hava limanında baqaj problemi

Hava limanında baqaj problemi “Heydər Əliyev adına Beynəlxalq Hava Limanında hər şey yaxşıdır. Pasport nəzarətindən ləngimə olmadan keçirsən. Gömrük orqanları səni incitmir. Təyyarədən düşəndən uzağı 10 dəqiqəyə özünü baqaj verilən yerə çatırsan. Amma baqaj məsələsi sürətli keçidlərin əhəmiyyətini aşağı salır”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O, bildirib ki, baqajı almaq üçün ən azı 30-40 dəqiqə gözləməlisən. Baqaj isə iki-iki, üç-üç gəlir. Çünki əlavə yoxlamadan keçir.

“Təsəvvür edin, məsələn, Türk Hava Yolları şirkəti ilə Brusseldən gəlirsənsə, baqajın Brusseldə də, İstanbulda da yoxlanır. Təzədən Azərbaycan da ucdantutma yoxlayır. Bu addımın nə dərəcədə beynəlxalq qanunlara uyğunluğu əlbəttə sual doğurur”.

S. Əliyev bildirib ki, dünyanın hər gün yüzminlərlə sərnişinə xidmət göstərən iri aeroportlarında bu qədər gözləmirsən və ya orda uzun gözləməyi bəlkə də adi qarşılamaq olardı. Ancaq gündəlik sərnişin yükü minlərlə ölçülən Bakı aeroportunda baqajları çox gözləmək böyük çatışmazlıdır: “Görünür, bizdə nəzarət sistemi qeyri-peşəkar aparılır. İnanmıram ki Türkiyə, Fransa, Belçika, Almaniya kimi ölkələrdə gələn yüklər yoxlanmasın. Amma bizdəki metodla etsələr həmin aeroportlarda aləm bir-birinə qarışar. Müasir dünyada keyfiyyətli xidmət həm də sürətli xidmətdir. Bizdə isə bu sahədə problem qalmaqdadır”.
Geri qayıt