İşıq və qaza görə ödənişlərdə YENİ QAYDA

"Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası” təsdiqlənib.
Yeni qayda "Azneft","Azəriqaz", SOCAR, "Azərenerji" və "Azərişıq" birliklərinə aiddir. Qaydalara əsasən, enerji və ya qaz üzrə əvvəlcədən banklara ödənilən vəsaitlərin bir hissəsi təchizatçının özünə, bir hissəsi isə ƏDV-nin ödənişi üçün onun depozitinə yönəndiləcək.
Qeyd edək ki, hər operator üçün avansın xüsusi ölçüsü müəyyən edilib.